CƏMİYYƏT


Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində xidmətini davam etdirir

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması, xidməti vəzifələrin icrasının yüksək səviyyədə təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.
Kütləvi tədbirlərin, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılıb, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılır. Respublika əhəmiyyətli avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları profilaktik-maarifləndirmə tədbirləri həyata keçirirlər. Vətəndaşları, o cümlədən bölgələrə səfərə çıxmağa hazırlaşan hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq.