CƏMİYYƏT
Şuşada bayram namazı qılınıb
16.06.2024 [10:04]
Xəbərin mətni
İşğaldan azad olunmuş Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib, əmin-amanlıq arzulanıb.
Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.