CƏMİYYƏT


Ağalı sakinlərinin qurbanlarını kəsməsi üçün kənddə səyyar çadır məntəqəsi qurulub

Ağalı sakinləri ikinci ildir Qurban bayramını böyük ruh yüksəkliyi ilə öz doğma yurdlarında qeyd edir. Bu il də kənd ərazisində qurbanlıq heyvanların kəsilməsi üçün səyyar çadır məntəqəsi qurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağalı sakinləri də bu il qurbanlıq heyvanlarını öz doğma yerlərində kəsiblər. Kənddə kəsim və satışın norma və qaydalara uyğun həyata keçirilməsi üçün səyyar çadır məntəqəsi qurulub. Çadır məntəqədə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün lazımı şərait yaradılıb.