CƏMİYYƏT


Oğuzda meşə zolağında çətənə kolları becərən şəxslər saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, həyata keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum edilmiş Ələkbər Məmmədəliyev və 58 yaşlı Nemət Abdullayev saxlanılıb.