Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Hacıqabulda altı fermadan oğurluq edən dəstə saxlanılıb

18.06.2024 [11:11]

Xəbərin mətni

Hacıqabulda fermalardan oğurluq edən dəstə saxlanılıb. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən altı fermadan metal qurğular oğurlayan Süleyman Ağayev, Tural Yusifov və Pərvin Qurbanov saxlanılıblar. Araşdırmalar zamanı adıçəkilən şəxslərin zərərçəklərə 10000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.