Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Cəlilabadda su bəndində boğulan şəxslərin kimliyi məlum olub

19.06.2024 [16:52]

Xəbərin mətni

Cəlilabad rayon sakinləri bənddə çimərkən boğularaq ölüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün günorta saatlarında Cəlilabad rayon Hamarqışlaq kəndi ərazisində yerləşən su bəndində baş verib.
Su bəndində boğulan şəxslər rayonun Hamarqışlaq kənd sakinləri, 2008-ci il təvəllüdlü Nihad Nicat oğlu Aşurov və 2004-cü il təvəllüdlü İbrahim Əjdər oğlu Həsənovdur.