CƏMİYYƏT


Sabirabadda yanğın zamanı iribuynuzlu heyvanlar tələf olub

Sabirabad rayonu ərazisində yanğın baş verib. Yanğın zamanı iribuynuzlu heyvanlar tələf olub, tövlə və ot bağlamaları yararsız hala düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Sabirabad rayonunun Xankeçən kənd sakini Fəranə Hacıyevaya məxsus təsərrüfatda qeydə alınıb. Yanğın nəticəsində sahəsi 30 kvadratmetr olan tövlə, 2 baş iribuynuzlu heyvan və 500 ədəd ot bağlaması yanıb.