CƏMİYYƏT


FHN-in nümayəndə heyəti Belarusda səfərdədir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin (MDB) Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclasında və “Milli Təhlükəsizlik. Belarus – 2024” 2-ci Beynəlxalq Təhlükəsizlik Sənayesi Sərgisində iştirak etmək məqsədilə Belarusda səfərdədir.