CƏMİYYƏT


Azərbaycan və Belarusun fövqəladə hallar nazirləri əməkdaşlıq Sazişi imzalayıblar

Belarusda səfərdə olan Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Belarus Respublikasının fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski ilə görüşüb.
Belarus FHN-in Təhlükəsizlik Tədrisi Mərkəzində keçirilən görüşdə səfər zamanı göstərilən qonaqpərvərliyə görə qarşı tərəfə təşəkkürünü bildirən nazir Kəmaləddin Heydərov xalqlarımız və ölkələrimiz arasında dərin köklərə malik çoxşaxəli əlaqələrin Azərbaycan Prezidenti cənab İlham Əliyev və Belarus Prezidenti cənab Aleksandr Lukaşenkonun siyasi uzaqgörənliyə və qarşılıqlı etimada söykənən səyləri nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırladıb.