Cəbrayıllı ailənin hekayəsi - Qayıdış
20.06.2024 [19:18]
Bu gün xəyalların gerçək olduğu gündür. 24 yaşında tərk etmişdi o buranı, ömrünün ən gözəl illərində. İndi o Cəbrayılın girişində durub tək Vətəninə yox, həm də gəncliyinə baxır. Yola davam etdik. Həm sevinc, həm kədər var idi gözlərdə. Vətənə dönməyin sevinci uzun illər çəkilən həsrətin kədəri ilə qarışmışdı. Bu ailə ilə birlikdə Cəbrayıla onların arzuları da qayıtdı. Esmira xanım 32 il əvvəl evini, gəncliyini qoyub getdiyi yerlərə, indi yalnız xatirələrlə qayıdırdı.