Ölkəyə qaçaqmalçılıq yolu ilə 60 kiloqram marixuana gətirən 3 narkokuryer saxlanılıb
21.06.2024 [10:59]
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxt ərazisində keçirilən növbəti tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Tələt Muradov, Şahlar Qasımov və Famil Əliyev saxlanılıblar.
Saxlanılanların üzərindən, ev və avtomobilindən 60 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamtefamin, 8780 ədəd metadon həbi və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.