CƏMİYYƏT


Laçın rayonu Mirik kəndi Dəlikli mağarasının büllur suları

Laçın rayonu əsrarəngiz təbiətə malik olmaqla həm də bir çox bulaqları ilə məhşurdur. Rayonun Mirik kəndində də saf suyu və dağlarda yaratdığı mənzərəsi ilə diqqət cəlb edən bulaqlar var. Bulaqların mənbəyi isə əsasən Dəlikli mağarasından axan sulardan başlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın rayonu Mirik kəndi Həkəri çayının Minkənd qolunun sol sahilində, Bozlu kəndindən qərb tərəfə 2 km hündürlükdə dəniz səviyyəsindən 1440-1520 metr yüksəklikdə yerləşir. Kənd ərazisində əsasən 3 su mənbəyi vardır ki, bunlar Mirik çayı, Dəlikli suyu və Həkəri çayının Minkənd qoludur. Dəlikli suyu eyni adlı mağarada dağlardan süzülən bullar sulardan qidalanır və kənd ərazisindəki bir çox bulaqların mənbəyi olaraq bilinir.