CƏMİYYƏT


Vətəndaşlara naməlum zənglər: Övladınız qəzaya düşüb

Təsəvvür edin ki, oturduğunuz yerdə naməlum bir zənglə sizə övladınızın qəzaya düşdüyünü bildirirlər. Valideyni təşvişə salan bu xəbərin ardından dəstəyin digər tərəfindəki şəxs onun həyatını xilas etmək üçün təcili pul göndərməli olduğunuza sizi inandırmağa çalışır. Əslində bu anda zəng edən naməlum şəxsə ünvanlanmalı olan bəzi suallar var. Lakin valideyinlik hissi, qorxu və həyəcan bəzən dələduzun öz istəyinə çatmasına səbəb olur. Dələduzların hədəflərində isə əsasən rus dilli və ahıl insanlar var. Məsələdən Daxili İşlər Nazirliyi də xəbərdardır.