CƏMİYYƏT


Polis serjantı Mirəli Heydərov Kürdəmirdə torpağa tapşırılıb

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərdən biri - polis serjantı Mirəli Heydərov ilə Kürdəmirin Cəyli kəndində vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, vida mərasimində Daxili İşlər Nazirliyinin yüksək rütbəli şəxsləri, eləcə də şəxsi heyət, həlak olan polisin doğmaları, rayon sakinləri, qazilər, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.