CƏMİYYƏT
QHT nümayəndələri Qubadlıda sərhədçilərlə görüşüblər
24.06.2024 [22:26]
Xəbərin mətni
Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində sərhədçilərlə görüş olub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən görüşdə sərhədçilərlə yanaşı, şəhid ailələri, Agentliyin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Tural Əliyev, QHT təmsilçiləri iştirak ediblər.