Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mənzildə köməksiz vəziyyətdə qalan 3 şəxs xilas edilib

25.06.2024 [10:11]

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ə.Orucəliyev küçəsində vətəndaşların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2-si uşaq olmaqla 3 nəfəri xilas ediblər.