CƏMİYYƏT


Daha iki dondurma məhsulunda təhlükəli bakteriya aşkar edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə, uyğunsuzluq aşkar edilmiş partiyaya aid olan 2101 ədəd dondurma məhsulunun ticarət şəbəkələrindən geri çağırılması təmin edilib və məhsullar qanunvericiliyə uyğun məhv ediləcək. Bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir.