CƏMİYYƏT
Parlament prospekti və Afiyəddin Cəlilov küçəsində təmir işləri aparılır
25.06.2024 [20:01]
Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün paytaxtın Parlament prospekti (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) təmir işləri aparılır. Təmir işləri çərçivəsində Parlament prospektində köhnə asfalt-beton örtüyünün frezlənməsi, frez materialının kənara daşınması işləri icra olunur. Afiyəddin Cəlilov küçəsində isə frezlənmə işləri tam olaraq yekunlaşıb, hazırda yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq aparılır.