Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib

25.06.2024 [21:25]

Xəbərin mətni

Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi bölgələrində qeyri-sabit hava şəraiti hökm sürür. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, güclü yağış və sel Şahbuz rayonunda dağıntı və fəsadlar törədib. Rayonun Ayrınc və Kükü kəndlərinə gedən yollar keçilməz hala düşüb.