Silahlı Qüvvələr Gününə həsr olunmuş fləşmob
26.06.2024 [15:28]
Xəbərin mətni
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Dəmir Yumruq - birliyimizin rəmzi” adlı fləşmob təşkil edib.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, fləşmobda Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksində müvəqqəti məskunlaşmış ailələr, müxtəlif peşə sahibləri iştirak ediblər.