CƏMİYYƏT


Lənkəran və Astarada bəzi evləri su basıb, 11 nəfər təxliyə olunub

İntensiv yağan yağışlar nəticəsində Lənkəran rayonunun Narbağı, Astara rayonunun Təngərüd və Maşxan kəndlərində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalması və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.
Bununla əlaqədar ərazilərə cəlb olunan FHN-in Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyəsi həyata keçirilib, müvafiq təhlükəsizlik tədbirləri görülüb. Qeyd olunan yaşayış məntəqələrindən 4-ü uşaq olmaqla ümumilikdə 11 nəfər təxliyə olunub.