Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hacıqabulda sel fəsadlara səbəb olub

27.06.2024 [19:55]

Hacıqabulda yağan yağışlar Pirsaat çayının daşmasına səbəb olub. Fərdi təsərüfatlara ciddi ziyan dəyib. 80-dən çox evin həyətini sel basıb. Ötən gecə yağan aramsız yağışlar Hacıqabul rayonynun Udullu ərazi vahidinə daxil olan Tağlı və Qubalı kəndlərində ciddi fəsadlar törədib. Pirsaat çayı məcradından çıxaraq sahilətrafı nar bağlarını və şəxsi təsərrüfatları su altında qoyub. Körpülərin sıradan çıxması nəticəsində Qubalı kəndinin ətrafla nəqliyyat əlaqəsi kəsilib. Sürətlə axan çayın səviyyəsi 4-5 metr yüksələrək evləri və nar bağlarını su altında qoyub. Bəzi təsərrüfatlarda ev heyvanları, o cümlədən ev quşları tələf olub. Hadisə yerinə Hacıqabul rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının nümayəndələri baş çəkiblər