CƏMİYYƏT


Samuxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən Rüstəm Qurbanov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada yetişdirilən 35 ədəd çəkisi 16 kiloqram olan narkotik xassəli çətənə kolları aşkarlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.