CƏMİYYƏT


Polisin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlərlə daha 25 əcnəbi saxlanılıb

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı DİN-in BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Nəticədə müxtəlif ölkələrin vətəndaşı olan daha 25 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar. Araşdırma zamanı həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.