CƏMİYYƏT
Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimat mərasimi keçirilib
28.06.2024 [14:59]
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “The Ritz-Carlton” mehmanxanasında keçirilmiş Əmlak və İnvestisiya Zirvəsində iştirak edib. Tədbirdə komitənin “Böyük Qayıdış nəşrlərdə” adlı sərgisi də nümayiş olunub. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində hazırlanmış nəşrlərin təqdim olunduğu sərgiyə tədbirin 100-dən çox iştirakçısı baxıb.
Milli Məclisin deputatı Mahir Abbaszadə tədbirdəki çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışın ilkin nəticələri, bu prosesin səmərəli təşkilində maarifləndirmə, təbliğat-izahat və təşviqat işlərinin əhəmiyyəti barədə danışıb, Dövlət Komitəsinin hazırladığı nəşrlərin təkcə məcburi köçkünlərin deyil, həm də geniş ictimaiyyətin məlumatlandırılması məqsədi daşıdığını bildirib.