Şəhid Əhliman Əsgərovun nəşinin qalıqları Şəmkirdə torpağa tapşırılıb
28.06.2024 [17:30]
Xəbərin mətni
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əsgərov Əhliman Vahid oğlunun meyitinin qalıqları Şəmkirdə dəfn edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün şəhidin evində vida mərasimi keçirilib. Vida mərasimində şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.