Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Birinci Qarabağ müharibəsi şəhidinin meyitinin qalıqları Ağdaşda torpağa tapşırılıb

28.06.2024 [19:47]

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əbdürrəhmanov Yasin Şakir oğlunun meyitinin qalıqları Ağdaş rayonuna gətirilib. O, Bakı şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Qarağan-Şıxlar kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında, atasının məzarı yanında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.