Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb

29.06.2024 [14:34]

Xəbərin mətni

Şamaxıda yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Kürdəmirdən Şamaxı istiqamətində hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb və dərəyə yuvarlanıb.
Qəza nəticəsində qarpız dolu yük avtomobili yararsız hala düşüb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI