Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda ictimai təhlükəsizlik və kriminal vəziyyət nəzarət altındadır

29.06.2024 [17:26]

Asayiş keşikçiləri - polislərin işi xüsusi məsuliyyəti ilə seçilir. Onlar fasiləsiz xalqın xidmətindədirlər. Bu sahəni seçən hər bir şəxsin yaşadığı çətinlik özü ilə bərabər doğmalarına da təsirsiz ötüşmür. Polis olmaq nadir peşələrdən biridir ki, onlar üçün istirahət anlayışı demək olar ki, yoxdur.