CƏMİYYƏT


FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar

Xəbər verildiyi kimi, intensiv yağış səbəbindən Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəlməsi nəticəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrinin və zirzəmilərinin subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barəəd FHN-in mətbuat xidmətindən bildirilib. Bununla əlaqədar FHN-in Muğan Regional Mərkəzinin qüvvələri su basmış ərazilərə cəlb olunublar.