CƏMİYYƏT


DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının birgə xüsusi əməliyyatı nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
AZƏRTAC xəbər verir ki, Beyləqan rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 1993-cü il təvəllüdlü Adil Təhməzov saxlanılıb. Onun üzərindən, həmçinin avtomobilindən 180 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.