CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirilib

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Xalqlar dostluğu” stansiyasında taktiki-xüsusi təlim keçirilib. Təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib. Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Xalqlar dostluğu” stansiyasından “Əhmədli” stansiyası istiqamətində 1-ci yol mənzilindəki şaxtada “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.