CƏMİYYƏT


Ordubadın Tivi-Biləv kənd avtomobil yolunda yaranmış problem aradan qaldırılır

Naxçıvanda qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq keçilməz vəziyyətə düşmüş yolların təmizlənməsi işləri davam etdirilir. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, son günlər intensiv yağan yağıntılar nəticəsində Ordubad rayonunun Tivi-Biləv kənd avtomobil yolunda su keçidlərini palçıq və lil tutub. Agentliyin işçi heyəti və lazımi avadanlıq əraziyə cəlb olunub, hazırda yollarda təmizlənmə işləri aparılır.