CƏMİYYƏT


Ucarda baş verən yol qəzasında ölən və xəsarət alanlar var

Ucarda baş verən yol qəzasında ölən və xəsarət alanlar var. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi bu gün günorta saatlarında Bakı-Qazax avtomobil yolunda, Ucarın Müsüslü kəndi ərazisində baş verib. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.