CƏMİYYƏT


Azərbaycan polisinin xidməti dövlətə və xalqa sədaqətin nümunəsidir

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə “Polis Günü”nə və 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Daxili İşlər Nazirliyindən (DİN) AZƏRTAC-a bildirilib ki, Azərbaycan Polisinin yaranmasının 106-cı ildönümü münasibətilə nazir Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib.