CƏMİYYƏT


Astarada banan, manqo, avakado yetişdiriləcək - tropik meyvə idxalından asılılıq minimuma enəcək EKSKLÜZİV

Avokado, manqo, marakuya, taiti lime, qreyfrut, pomela, pitaya, papaya və banan... Xaricdən ölkəmizə idxal olunan bu meyvələr artıq ölkəmizdə də yetişdiriləcək.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə ayrılan 1 milyon manat güzəştli kredit hesabına Astara rayonunda 130 hektar ərazidə bağ salınır. İki mərhələdən ibarət layihə üzrə Astaranın Şüvü və Deqədi kəndləri ərazisində artıq 45 hektarda avokado, 10 hektarda yeni növ limon bağlarının salınması prosesi yekunlaşıb. Bir neçə ay əvvəl isə 2 hektar ərazidə banan ağacları əkilib.