CƏMİYYƏT
Paytaxtın Azadlıq prospektində təmir işləri aparılır
02.07.2024 [15:50]
Xəbərin mətni
Paytaxtın Azadlıq prospektində əsaslı təmir işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, təmir işləri prospektin Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək olan hissəsində aparılır.
Prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması işləri icra olunub. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra edilən təmir işlərinin son mərhələsində sözügedən ərazi üfüqi nişanlanma xətləri ilə təmin olunacaq.