CƏMİYYƏT


Azərbaycan polisi 106 ildir xalqın xidmətindədir

Onların fəaliyyətə başlaması 1918-ci ilə, şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrə təsadüf edir. Bu peşənin sahibləri, ötən əsrin 90-cı illərindən, müstəqil Azərbaycanda sabitliyin təmin edilməsi üçün əzm və iradə ilə çalışırlar. Söhbət Azərbaycan polisindən gedir. Statistika göstərir ki, Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, bir sıra MDB və aparıcı Avropa ölkələrinin təhlükəsizlik orqanlarını üstələyir.