Daşkəsən rayonunda sel müşahidə olunur
02.07.2024 [18:50]
Xəbərin mətni
Daşkəsən rayonu ərazisindən axan çaydan sel keçir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, rayon ərazisindən axan Dəstəfurçay-Qaraqollar hidroloji məntəqəsində iyulun 2-də saat 17:30-dan başlayan güclü leysan xarakterli yağıntı nəticəsində çayda sel müşahidə olunur.