CƏMİYYƏT


Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub

Füzuli və Xocavənd rayonlarına yerli jurnalistlər üçün mediatur təşkil olunub. Jurnalistlər əvvəlcə Füzuli şəhərində yeni tikilən binalarla, yaradılan şəraitlə tanış olublar. Sonra Füzuli rayonunda yerləşən məktəbdə brifinq keçirilib. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin köməkçisi Ümid İsazadə bildirib ki, işğal dövründə ərazilər minalarla çirkləndirildiyi üçün bu yerlərdə əvvəlcə təmizləmə işləri aparılıb, əsas infrstrukturun yaradılması həyata keçirilib. Bu işlərə Zəfər yolu, Füzuli-Hadrut yolu, Füzuli-Ağdam yolu və şəhərdaxili yol-kommmuniksiya şəbəkələri daxildir. Şəhər mərkəzi elektrik təchizatı ilə təmin olunub. Hazırda şəhərdə 822 ailə məskunlaşıb. Əhalinin məşğulluğu üzrə də addımlar atılıb. Buraya köçən əhalinin əmək qabiliyyəti təhlil olunur və mövcud vakansiyalar elan edilir. Eyni zamanda, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar da var.