CƏMİYYƏT


Muxtar Babayev: Biz maliyyə planları, büdcələri və hədəfləri ilə dəstəklənən etibarlı keçid yollarını qəbul etməliyik

Ətraf mühit, sosial və idarəetmədə (ESG), o cümlədən dayanıqlı inkişafda özəl sektorun öz ambisiyalarını yüksəltməsi və kollektiv tərəqqimiz üçün davamlılıq öhdəliklərini sürətləndirməsi lazımdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev "Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı” mövzusunda keçirilən Ətraf Mühit, Sosial və İdarəetmə Sammitində videobağlantı zamanı deyib.