Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN “Alov Qüllələri Fairmont Otel Bakı”da təlim keçirib

03.07.2024 [13:26]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin birgə təşkilatçılığı ilə Bakı şəhərinin Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 1A ünvanında fəaliyyət göstərən “Alov Qüllələri Fairmont Otel Bakı”da “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirə FHN-in müvafiq canlı qüvvə və texnikası cəlb edilib.