Firuddin Əliyev: İşğaldan azad olunmuş yerlərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi yaradılacaq
03.07.2024 [18:03]
Xəbərin mətni
Bəbirin respublikamızda mühafizəsi üçün geniş Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi (XMOTƏ) şəbəkəsi var. Son illərdə bəbirlər yaşayan XMOTƏ-lərin sahəsi xeyli genişləndirilib.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və ekoloji turizmin inkişafına dair planlaşdırma” mövzusunda keçirilən mətbuat konfransında deyib.