Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzər dənizinin səviyyəsi artır?

03.07.2024 [19:15]

Son illərdə Xəzər dənizinin suyunun çəkilməsi artıq nəzərə çarpacaq dərəcəyə çatıb. Hazırda biz Pirallahı adası ilə Bakını birləşdirən körpünün yanındayıq. Birvaxtlar dənizin suları ilə əhatə olunan ərazidə indi üzmək yox gəzmək mümkündür. Gəmilərə yol göstərmək məqsədi ilə illər əvvəl quraşdırılan mayakın sahildən xeyli uzaqda qalması, həmçinin vaxtı ilə suyun altında qalan qayıq qalıqlarının üzə çıxması dünyanın ən böyük gölü statusuna malik Xəzərdəki vəziyyəti bir daha sübut edir.