Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elektron Təhlükəsizlik Xidməti müşahidə kameraları ilə bağlı vətəndaşlara müraciət edib

03.07.2024 [20:02]

Gündəlik həyatımızda müşahidə kameralarının böyük rolu var. Onunla biz evimizi, ofisimizi izləyə bilirik. Lakin bu kameraların kiber təhlükəsizliyi də önəmlidir. Belə ki, bu cür kiber hücumlarla bağlı Elektron Təhlükəsizlik Xidməti də vətəndaşlara müraciət edib.  Əgər kameralarımız kiber hücuma məruz qalarsa bu zaman bizi həmin cihazlar vasitəsilə kənar şəxslər də izləyə bilər. Belə hallardan qorunmaq üçün bir sıra məqamlar var ki, bunlara mütləq diqqət yetirməliyik.