CƏMİYYƏT


Beynəlxalq tədbir çərçivəsində Qubada assosiativ-simulyasiya təlimi keçirilib

Ölkəmizdə xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın müzakirəsi və dabaq xəstəliyi (FMD) üzrə yol xəritəsi ilə bağlı keçirilən üçgünlük beynəlxalq tədbir davam edir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin ikinci günündə beynəlxalq mütəxəssislərin iştirakı ilə Quba rayonunda hər iki xəstəlik üzrə assosiativ-simulyasiya məşqləri keçirilib. Təlimlərin keçirilməsi epizootik böhran vəziyyətlərinə ölkəmizin hazırlığının artırılması ilə yanaşı, əldə edilmiş təcrübənin əyani olaraq region ölkələrinə çatdırılması məqsədini daşıyıb.