CƏMİYYƏT


6 qitədən, 65 ölkədən 350-yə yaxın çaynik kolleksiyası - Azərbaycanda bir ilk

Şəkinin Baş Küngüt kəndinin sakini Sadiq Mustafazadə uzun illərdir çaynik kolleksiyası toplamaqla məşğuldur. O, bunun üçün 30 ilə yaxın vaxt sərf edib. Kolleksiyada dost-tanışlarının hədiyyə etdiyi özəl çayniklər də az deyil. Kolleksiyanı ziyarət edənlər istədiyi çaynikdə çay sifariş edə bilərlər. Çayniklərin əksəriyyəti keramikadan hazırlanıb.