CƏMİYYƏT


Paytaxtın Səbail rayonunda 2 küçənin təmiri yekunlaşıb

Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən Mehdi Hüseyn və Teymur Elçin küçələrində aparılan təmir işləri yekunlaşıb. Təmir çərçivəsində hər iki küçədə frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, sözügedən işlərə paralel olaraq küçələrdə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də görülüb.
Son mərhələdə üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunan küçələr müasir görkəmdə istifadəyə verilib.