İraq qardaş Azərbaycan ilə tarixi və siyasi əlaqələri möhkəmləndirməkdə maraqlıdır
04.07.2024 [14:49]
İraq qardaş Azərbaycan ilə tarixi və siyasi əlaqələri daha da möhkəmləndirməkdə maraqlıdır.
İraq məhkəmə hakimiyyətinin nümayəndə heyəti kimi Azərbaycan Ali Məhkəməsi sədrinin dəvəti ilə həyata keçirdiyimiz bu səfərimiz ölkənizdəki məhkəmə hüquq sistemi ilə tanış olmaq, qardaş ölkələrimiz arasında bu sahədə informasiya mübadiləsi aparmaq məqsədi güdür. Bu fikirləri ölkəmizdə səfərdə olan İraq Respublikasının Ali Məhkəmə Şurasının sədri Faiq Zidan jurnalistlərə açıqlamasında deyib.