CƏMİYYƏT


Kürdəmirdə yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb

Kürdəmirdə yol qəzası baş verib, ölən və yaralananlar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Ərşəli kəndi ərazisində baş verib.
İlkin məlumata görə, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan bir nəfər Pakistan vətəndaşı hadisə yerində ölüb, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.